PAŞA Holding və Dünya İqtisadi Forumu arasında Memorandum imzalandı
2 aprel 2026-cı il tarixində PAŞA Holding və Dünya İqtisadi Forumu arasında Əməkdaşlıq Memorandumunun imzalanma mərasimi keçirilib.
Bu tərəfdaşlıq dayanıqlı iqtisadi inkişaf, innovasiya, rəqəmsal transformasiya və iqtisadi artım kimi sahələrdə yeni əməkdaşlıq imkanları yaradacaq.
Belə ki, Dünya İqtisadi Forumunun qlobal platformasında iştirak etməklə PAŞA Holding qabaqcıl təşəbbüslərdə iştirak etməyi, təcrübə mübadiləsindən faydalanmağı, eləcə də regional və qlobal çağırışlara cavab verən təsirli layihələri dəstəkləməyi hədəfləyir.

