“Poçt markalarında şəhərimizin siması” mövzusunda tələbələrlə görüş keçirilib

“Poçt markalarında şəhərimizin siması” mövzusunda tələbələrlə görüş keçirilib

AZCON Holding şirkətlərindən olan “Azərpoçt” MMC, Səbail Rayon İcra Hakimiyyəti və Azərbaycan Dövlət Pedaqoji Universitetinin birgə təşkilatçılığı ilə “Şəhərsalma və Memarlıq İli” çərçivəsində “Poçt markalarında şəhərimizin siması” mövzusunda tələbələrlə görüş keçirilib.

Görüşdə “Şəhərsalma və Memarlıq İli”nin əhəmiyyəti, şəhər mühitinin inkişafı və tarixi-memarlıq irsinin qorunmasının vacibliyi vurğulanıb. Qeyd olunub ki, poçt markaları Azərbaycanın memarlıq abidələrinin tanıdılmasında və milli-mədəni irsin təbliğində mühüm rol oynayır.

Tədbir çərçivəsində universitetin kitabxanasında Azərbaycanın memarlıq abidələrini əks etdirən poçt markalarından ibarət sərgi nümayiş etdirilib. Qonaqlar, həmçinin kitabxanada sərgilənən qədim kitablarla tanış olublar.

Sonda iştirakçılara xatirə olaraq marka nümunələri təqdim edilib.