Qaçqınkom bu ərazilərdə mənzilləri təmir etdirəcək

Qaçqınkom bu ərazilərdə mənzilləri təmir etdirəcək

Bakı, Şirvan və Yevlax şəhərləri, Bərdə və Hacıqabul rayonlarında salınmış məcburi köçkün qəsəbələrində fərdi yaşayış evlərinin və mənzillərin təmiri işləri həyata keçiriləcək.

İqtisadiyyat.az xəbər verir ki,  bununla əlaqədar Qaçqınların və Məcburi Köçkünlərin İşləri üzrə Dövlət Komitəsinin Mənzil İstismar Departamenti hazırlıqlara başlayıb.

Məlumata görə, əsaslı təmir işlərinin aparılması ev, bina və mənzillərin  fasad üzlüyünün və pilləkən qəfəslərinin təmir işlərini əhatə edəcək.

Əsaslı təmir işlərinin həyata keçirilməsinə sərf ediləcək məbləğin 199 min manat olacağı proqnozlaşdırılıb.