“Adore Kompani” MMC-nin vergi borcu yaranıb

“Adore Kompani” MMC-nin vergi borcu yaranıb

Azərbaycanda parfumeriya və kosmetika məhsullarının pərakəndə satışı ilə məşğul olan “Adore Kompani” MMC-nin vergi borcu yaranıb.

Şirkətin 34 min 764 manat 64 qəpik məbləğində vergi borcu qeydə alınıb. 

Xatırladaq ki, MMC-nin 2024-cü il 17 sentyabr tarixində də, dövlət qarşısında 799 min 894 manat 90 qəpik məbləğində vergi borcu olub.

“Adore Kompani” MMC 2007-ci ilin 13 dekabr tarixində dövlət qeydiyyatına alınıb. Şirkət 2020-ci ilə qədər “İdeal Kompani” adı ilə fəaliyyət göstərib. 

Hazırda şirkətin nizamnamə kapitalı 100 min manat təşkil edir. Qanuni təmsilçisi isə Kamal Ramiz oğlu Abdullayevdir. (Valyuta.az)