Qazı kəsilmiş “Neşve” restoranı sudan qanunsuz istifadəyə görə cərimələndi
Bakının Nərimanov rayonunda yerləşən “Neşve” restoranın sudan qanunsuz istifadə etməsi məlum olub.
BusinessTime yurd.media-ya istinadən xəbər verir ki, Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyi yanında Suların İstifadəsinə və Mühafizəsinə Dövlət Nəzarəti Xidmətinin 1 saylı Bakı regional bölməsi apardığı yoxlamadan sonra restorana protokol tərtib edib.
İnzibati Xətalar Məcəlləsinin 262.3-cü maddəsi ilə cəzalandırılan “Neşve” restoranında su təchizatı şəbəkəsinə qanunsuz qoşulmaqla suyun talanması halları baş verib.
Nərimanov Rayon Məhkəməsinin qərarı ilə restoran 2500 manat cərimə olunub.
Bu qərardan narazı qalan restoranın nümayəndəsi apellyasiya şikayəti versə də Bakı Apellyasiya Məhkəməsinin qərarı ilə şikayət təmin edilməyib.
Qeyd edək ki, bir müddət əvvəl "Azəriqaz" tərəfindən külli miqdarda qaz borcunun yaranması səbəbindən "Neşve Cafe-Restaurant"ın qazı da kəsilmişdi.
Xatırladaq ki, "Neşve" restoranının Nərimanovun keçmiş, Abşeronun hazırkı icra başçısı Abdin Fərzəliyevə məxsus olduğu deyilsə də, rəsmi sahibi Ləman Əliyeva adlı xanımdır.


