“Referans” klinikasında qanunsuzluq - MƏHKƏMƏ QƏRARI
“Referans” klinikasının Əhmədli filialında Səhiyyə Nazirliyi tərəfindən yoxlama aparılıb.
Müəssisədə keçirilən plandankənar yoxlama zamanı sertifikatsız əməkdaşın “rentgenoloji” işi üzrə özəl praktik tibb fəaliyyətinə buraxılması faktı aşkar edilib.
Nəticədə İnzibati Xətalar Məcəlləsinin 215.4-cü (ali və ya orta ixtisas tibb təhsili olmayan, habelə qanunda nəzərdə tutulmuş sertifikasiya şəhadətnaməsi olmayan və ya qüvvədə olmayan şəxslərin praktik tibb və əczaçılıq fəaliyyətinə buraxılmasına görə) maddəsində nəzərdə tutulmuş inzibati xəta törədilib.
Klinikaya yazılan protokol təsdiq olunması üçün Xətai Rayon Məhkəməsinə göndərilib.
Məhkəmənin qərarı ilə klinikaya 6 min manat cərimə yazılıb. (Yurd Media)

