Rüfət Quliyev "AFB Bank"dan GETDİ
"AFB Bank" ASC-nin İnformasiya texnologiyaları üzrə icraçı direktoru işdən çıxıb.
Bankın İT üzrə İcraçı direktoru Rüfət Quliyev vəzifəsindən ayrılıb.
Qeyd edək ki, R.Quliyev 2018-ci ildən "AFB Bank"da sözügedən vəzifədən çalışırdı.
Xatırladaq ki, "AFB Bank" 2008-ci ildə "Azfinansbank" adı ilə fəaliyyətə başlayıb, 2009-cu ildə rebrendinq edib. Onun nizamnamə kapitalı 70,393 milyon manatdır. Bankın səhmlərinin 99,64 %-i Hikmət Abuzər oğlu İsmayılova ("Azsığorta" ASC-nin 100 %-lik səhmdarı, "Bank of Baku" ASC-nin 31,11 %-lik səhmdarı), 0,18 %-i Cəmil Tahir oğlu Muradova, 0,18 %-i isə Əkbər Həsən oğlu Abdullayevə məxsusdur. (plat.az)


