Sağlam gülüş üçün müalicə prosesi fərdi şəkildə planlaşdırılır

Sağlam gülüş üçün müalicə prosesi fərdi şəkildə planlaşdırılır

Dəniz Dent stomatoloji klinikası müxtəlif istiqamətlər üzrə xidmətlər təqdim edir. Klinikanın əsas məqsədi pasiyentlərin ağız və diş sağlamlığının qorunması, müalicəsi və estetik görünüşünün yaxşılaşdırılmasıdır.

Klinikada müasir avadanlıqlardan istifadə etməklə ağrısız diş müalicəsinin həyata keçirildiyi bildirilir. Xidmət istiqamətlərinə estetik stomatologiya, terapevtik müalicə, implantasiya və ortopediya daxildir.

Estetik stomatologiya çərçivəsində vinirlər, dişlərin ağardılması və digər prosedurlar həyata keçirilir. Terapevtik müalicə istiqamətində isə çürüklərin təmizlənməsi və plomb kimi xidmətlər göstərilir.

Dəniz Dent-də implantasiya və ortopediya xidmətləri ilə yanaşı, müəyyən sığorta paketlərinə malik pasiyentlər üçün özəl sığorta ilə qəbul imkanı da təqdim olunur.

Klinikanın yanaşmasına görə, hər pasiyentin stomatoloji problemi və müalicə tarixçəsi fərqlidir. Bu səbəbdən müntəzəm olaraq klinikaya müraciət edən, gec müraciət edən və uzun müddət stomatoloqa getməyən pasiyentlər üçün fərdi yanaşma və düzgün müalicə planlaması tətbiq edilir.

Klinikada vurğulanır ki, pasiyentin müraciət tarixindən və mövcud vəziyyətindən asılı olmayaraq əsas məqsəd sağlam gülüşə nail olmaqdır.