Səbuhi Qurbanov bu kollecə direktor təyin edildi
Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinə yeni təyinat olub.
Elm və Ali Təhsil üzrə Dövlət Agentliyinin müvafiq əmri ilə Səbuhi Qurbanova Azərbaycan Texniki Universitetinin nəzdində fəaliyyət göstərən Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin direktoru vəzifəsinin icrası həvalə olunub.
Qeyd edək ki, Səbuhi Qurbanov ötən il Bakı Dövlət Rabitə və Nəqliyyat Kollecinin tədris işləri üzrə direktor müavini vəzifəsinə təyin edilmişdir.
O, bakalavriat təhsilini Bakı Dövlət Universitetində "Riyaziyyat", magistratura təhsilini isə Azərbaycan Dövlət İqtisad Universitetində "Biznesin təşkili və idarə edilməsi" ixtisasları üzrə alıb. Əmək fəaliyyətinə Şəki şəhər 11 nömrəli orta məktəbdə riyaziyyat müəllimi kimi başlayan S.Qurbanov sonradan həmin məktəbdə direktor müavini, Şəki şəhər 20 nömrəli orta məktəbdə direktor, həmçinin Şəki-Zaqatala Regional Təhsil İdarəsində baş məsləhətçi vəzifələrində çalışıb.
2016-cı ildə Azərbaycan Respublikası Prezidentinin müvafiq sərəncamı ilə "Tərəqqi" medalı ilə təltif olunub.

