"Status Sığorta Brokeri"nə icrası məcburi sərəncam verilib
Azərbaycan Mərkəzi Bankı (AMB) "Status Sığorta Brokeri" MMC-yə icrası məcburi sərəncam verib.
BusinessTime.az bu barədə AMB-yə istinadən xəbər verir.
Məlumata görə, həyata keçirilən nəzarət tədbirləri çərçivəsində hüquqi şəxs sığorta brokerinə "Sığorta fəaliyyəti haqqında" qanunun 102-ci maddəsinin tələblərinə əsasən icrası məcburi göstəriş verilib.

