Şuşada binaların tikintisi ilə bağlı müqavilələr bağlanılıb

Şuşada binaların tikintisi ilə bağlı müqavilələr bağlanılıb

Şuşa Şəhəri Dövlət Qoruğu İdarəsi "Diler İnşaat" şirkəti ilə yeni müqavilələr bağlayıb.

BusinessTime bildirir ki, İqtisadiyyat.az xəbər verir ki, müqavilələrdə şəhərdə yaşayış binalarının tikinti işlərinin satınalınması nəzərdə tutulub.

Belə ki, müqavilənin biri D-5 massivində ikinci mərhələ üzrə 8 ədəd (9, 10, 11, 12, 13, 14, 15 və 16 nömrəli binalar xidmətedici və yardımçı (köməkçi) təyinatlı obyektlər, abadlıq və s.) 4 mərtəbəli yaşayış binalarının tikinti işlərinin, digəri isə həmin massivdə birinci mərhələdə 6 ədəd (1, 2, 3, 4, 5 və 6 nömrəli binalar) 4 mərtəbəli yaşayış binalarının tikinti işlərinin satınalınmasından ibarətdir.

Müqavilələrin ümumi maliyyə dəyəri 37 milyon manat müəyyənləşib.