"TikTok" pul köçürmə sistemini istifadəyə verə bilər

"TikTok" pul köçürmə sistemini istifadəyə verə bilər

"TikTok" sosial platforması istifadəçilər arasında birbaşa tətbiq daxilində pul köçürmə funksiyasının istifadəyə verilməsi imkanlarını araşdırır.

Bu barədə "Bloomberg" məlumat yayıb.

Məlumata görə, yeni funksiya hazırda yalnız Vyetnam, Malayziya və Tailandda fəaliyyət göstərən və yalnız "TikTok Shop"da ödəniş üçün nəzərdə tutulmuş "TikTok Pay"dən istifadə edilərək yaradıla bilər.

"Bloomberg" qeyd edib ki, belə bir vasitənin istifadəyə verilməsi tətbiqin ekosistemində auditoriyanı saxlamağa və əməliyyatlardan əlavə gəlir əldə etməyə kömək edəcək.

Nəşr vurğulayıb ki, istifadəçilər bu il "TikTok" xidmətləri vasitəsilə 2,9 milyard dollardan çox pul xərcləyiblər.