"TikTok" yenidən cərimələnib
Moskvanın Taqanski Rayon Məhkəməsi "TikTok" sosial şəbəkəsini Rusiya qanunvericiliyini pozmaqda təqsirli bilib və şirkətə 4 milyon rubl (51,3 min ABŞ dolları) məbləğində inzibati cərimə tətbiq edib.
Moskva Şəhər Məhkəməsinin mətbuat xidmətinin məlumatına görə, "TikTok Pte. Ltd." sosial şəbəkə sahibinin federal icra hakimiyyəti orqanının göstərişini yerinə yetirməməsinə görə Rusiya İnzibati Xətalar Məcəlləsinin 19.7.10-4-cü maddəsi ilə məsuliyyətə cəlb olunub.
Qeyd edilib ki, "TikTok" bundan əvvəl də müxtəlif inzibati pozuntulara görə Rusiya məhkəmələri tərəfindən dəfələrlə cərimələnib.
Xatırladaq ki, "TikTok" 2022-ci il martın 6-da Rusiyada "saxta məlumatlar" haqqında qanunun qəbulundan sonra ölkədə yeni videoların paylaşılmasını və canlı yayımların keçirilməsini müvəqqəti dayandırdığını açıqlamışdı.


