Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Tbilisidə səfərdədir
Türk Dünyası Mediatorlar Birliyinin rəhbərliyi Tbilisiyə səfər zamanı Azəbaycan xalqının ümummilli lideri Heydər Əliyevin abidəsini ziyarət edib
27 yanvar tarixində Türk Dünyası Arabulucular Birliği'nin rəhbərliyi Gürcüstan Respublikasına rəsmi səfər edib. Səfər Gürcüstan Mediatorlar Assosiasiyasının dəvəti ilə baş tutub.
Səfər zamanı Türk Dünyası Mediatorlar Birliyinin İdarə Heyətinin sədri Yakup Erikel, Birliyin İdarə Heyətinin sədr müavinləri, Azərbaycan Respublikasının Mediasiya Şurasının İdarə Heyətinin sədri Nadir Adilov, Qazaxıstan Mediatorlar Assosiasiyasının baş direktoru Jandildə Yakupov, Mediasiya Şurası İdarə Heyəti sədrinin müşaviri Cavid Hüseynov, Gürcüstan Mediatorlar Assosiasiyasının sədri İrakli Kandaşvili Azərbaycan xalqının ümummilli lideri Heydər Əliyevin Gürcüstandakı abidəsini ziyarət edərək onun əziz xatirəsini ehtiramla anıblar.

