Türkiyənin vitse-prezidenti və ticarət naziri Azərbaycana gələcək

Türkiyənin vitse-prezidenti və ticarət naziri

Türkiyənin vitse-prezidenti Cevdet Yılmazın və Türkiyənin ticarət naziri Ömər Bolatın Azərbaycana səfəri gözlənilir.

İqtisadiyyat.az xəbər verir ki, bu barədə “MÜSİAD Azərbaycan”ın İdarə Heyətinin sədri Rəşad Cabirli bildirib.

Onun sözlərinə görə, türkiyəli rəsmilərin dekabrın 23-də Bakı Konqres Mərkəzində keçiriləcək “MÜSİAD Azərbaycan”ın Ümumi Yığıncağında iştirakı nəzərdə tutulur.

R.Cabirli həmçinin xatırladıb ki, yığıncaqda yeni İdarə Heyətinin sədrinin və üzvlərinin seçilməsi, həmçinin qurumun qarşıdakı dövr üzrə strateji fəaliyyət istiqamətlərinin müəyyənləşdirilməsi və digər məsələlər müzakirə olunacaq.