Vahid Ələkbərov dünyanın ən varlıları sırasında - Sərvəti 29,5 milyard dollardır

Vahid Ələkbərov dünyanın ən varlıları sırasında

Azərbaycan əsilli rusiyalı iş adamı, “Lukoil” şirkətinin qurucusu Vahid Ələkbərov dünyanın ən zəngin milyarderləri arasında mövqeyini qoruyur.

BusinessTime xəbər verir ki, “Forbes” jurnalının noyabrın 21-nə olan real vaxt reytinqində 76 yaşlı milyarder 29,5 milyard dollarlıq sərvətlə 77-ci yerdə qərarlaşıb.1950-ci il sentyabrın 1-də Bakıda dünyaya gələn Vahid Ələkbərov Azərbaycan Neft və Kimya İnstitutunda (indiki Azərbaycan Dövlət Neft və Sənaye Universiteti) ali təhsil alıb. Karyerasına neft sənayesində başlayan iş adamı sovet dövründə də neft-qaz sektorunda müxtəlif rəhbər vəzifələrdə çalışıb.

Onun biznes fəaliyyətində əsas dönüş nöqtəsi 1991-ci il olub. Həmin vaxt üç iri neft hasilatı müəssisəsinin birləşdirilməsi nəticəsində “Lukoil” şirkəti yaradılıb. Sonrakı illərdə şirkət Rusiya neft sənayesinin əsas oyunçularından birinə çevrilib.

Ələkbərov 1993-cü ildən 2022-ci ilin aprelinə qədər “Lukoil”in prezidenti vəzifəsini tutub. Həmin ilin aprelində vəzifəsindən ayrılan milyarder şirkətdəki təxminən 30 faizlik payını qoruyub saxlayıb.

“Forbes”un qiymətləndirməsinə əsasən, onun hazırkı sərvəti 29,5 milyard dollardır.

Qaynarinfo