Yanvar ayında doğulanlar azalıb, ölənlər artıb

Yanvar ayında doğulanlar azalıb, ölənlər artıb

Azərbaycanda bu ilin yanvar ayında 7 788 körpə doğulub, 6 243 ölüm halı qeydə alınıb.

Bu barədə Dövlət Statistika Komitəsi məlumat yayıb.

Bildirilib ki, doğulanların sayı ötən ilin müvafiq dövrü ilə müqayisədə azalaraq, əhalinin hər 1000 nəfərinə görə 9.9-dan 8.9-a düşüb.

Doğulan körpələrin 54.2 faizi oğlan uşaqları, 45.8 faizi isə qız uşaqları olub. Körpələrin 286-sı əkiz doğulub.

Qeyd olunub ki, ölənlərin sayı isə 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə əhalinin hər 1000 nəfərinə 6.6-dan 7.2-yə qədər artıb.