“Yeni imkanlar, yeni perspektivlər” qrant layihəsi icra edilir

“Yeni imkanlar, yeni perspektivlər” qrant layihəsi icra edilir
“Yeni imkanlar, yeni perspektivlər” qrant layihəsi çərçivəsində açılış mərasimi baş tutub.
 
Layihənin əsas məqsədi Çin dilinin tədrisinin genişləndirilməsi, şagirdlərin beynəlxalq əlaqə və ünsiyyət bacarıqlarının gücləndirilməsi, onları müasir texnologiya və qlobal iqtisadiyyatın tələblərinə uyğun hazırlamaqla Azərbaycanın təhsil sisteminin modernləşməsinə töhfə verməkdir.
 
Layihə çərçivəsində 317 nömrəli tam orta məktəbin 8–11-ci siniflərində təhsil alan şagirdlərə Çin dilinin əsas səviyyələri üzrə danışıq, oxuma və yazma bacarıqları aşılanacaq.
 
Açılış mərasimində məktəbin direktoru Leyla Əliyeva, məktəbin xarici dil müəllimi Təranə Murtuzayeva çıxış edərək layihənin əhəmiyyətini vurğulayıblar.
 
Qeyd edək ki, layihə Əliyeva Leyla tərəfindən 317 nömrəli tam orta məktəbdə icra olunur.
 
 
1
1
1
1
1
1