Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

Yeni nəsil nəzarət-kassa aparatları ilə dövriyyə 15 faizədək artıb

İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (DVX) tərəfindən ölkədə yeni nəsil nəzarət-kassa aparatlarının (NKA) tətbiqi istiqamətində işlər davam etdirilir.

DVX-dən BusinessTime-a bildirilib ki, indiyədək ölkə ərazisində 115 min 289 ədəd belə NKA quraşdırılıb. Yeni nəsil NKA-lardan istifadə hesablaşmaların daha şəffaf aparılmasına, malların qanunsuz dövriyyəsinin qarşısının alınmasına və dövriyyəyə nəzarətin təmin edilməsinə imkan yaradıb.

Cari ilin yanvar-iyul aylarında yeni nəsil NKA-lar vasitəsilə qeydə alınan dövriyyə 17 milyard 588,4 milyon manat olub ki, bu da 2025-ci ilin müvafiq dövrü ilə müqayisədə 2 milyard 255,7 milyon manat, yaxud 14,7 faiz çoxdur.