Zamirə Ədilovanın yerinə yeni TƏYİNAT
Tibbi Ərazi Bölmələrini İdarəetmə Birliyinin İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri vəzifəsinə Zara Nigar İbrahimova təyin olunub.
O, bu gündən vəzifəsinin icrasına başlayıb.
Qeyd edək ki, bir müddət əvvəl TƏBİB-in İctimaiyyətlə əlaqələr və kommunikasiya departamentinin rəhbəri Zamirə Ədilova tutduğu vəzifədən azad edilib. Onun vəzifəsi Elnur Hidayətoğluna həvalə olunmuşdu. (Trend)


