“Ziraat Bank Azərbaycan”da yeni direktor təyinatı
Fuad Paşabəyli “Ziraat Bank Azərbaycan” ASC-də İnformasiya Texnologiyaları Departamentinin direktoru vəzifəsinə təyin edilib.
Bu barədə Fuad Paşabəyli “LinkedIn” sosial şəbəkəsindəki şəxsi hesabında məlumat yayıb.
O, paylaşımında “Ziraat Bank Azərbaycan” ASC-də İnformasiya Texnologiyaları Departamentinin direktoru vəzifəsində fəaliyyətə başladığını bildirib.
Fuad Paşabəyli “Bank Respublika” ASC-nin İnformasiya Texnologiyaları üzrə Proqram Təminatının İnkişafı Departamentinə rəhbərlik edirdi. Təxminən 2 həftə əvvəl, Fuad Paşabəyli “Bank Respublika” ASC-da İnformasiya Texnologiyaları üzrə Proqram Təminatının İnkişafı Departamentinin rəhbəri vəzifəsində fəaliyyətini başa vurduğunu açıqlamışdı.


