"Ziraat Bank Azərbaycan"ın ümidsiz kreditləri 17,2 milyon manat artıb
"Ziraat Bank Azərbaycan"ın kredit portfeli 2026-cı ilin birinci yarısında ötən ilin eyni dövrü ilə müqayisədə 32,94% artıb.
30 iyun 2026-cı il tarixinə kredit portfelinin həcmi 831 milyon 708,41 min manat təşkil edib.
30 iyun 2025-ci ildə isə bu göstərici 625 milyon 646,80 min manat olub. Beləliklə, bir il ərzində kredit portfeli 206 milon 061,61 min manat artıb.
Hesabat dövründə bankın qeyri-standart kreditlərinin həcmi də yüksəlib. Belə kreditlərin ümumi məbləği ötən ilin eyni dövründəki 22 milyon 675,91 min manatdan 36 milyon 183,53 min manata çatıb. Nəticədə qeyri-standart kreditlər illik müqayisədə 13 milyon 507,62 min manat və ya 59,57% artıb.
Qeyri-standart kreditlərin strukturunda isə fərqli dinamika qeydə alınıb. Qeyri-qənaətbəxş kreditlərin həcmi 9 milyon 502,10 min manatdan 8 milyon 233,53 min manata enib.
Təhlükəli kreditlərin həcmi də azalaraq 3 milyon 374,68 min manatdan 905,04 min manata düşüb. Beləliklə, təhlükəli kreditlər illik müqayisədə 2 milyon 469,64 min manat və ya 73,18% azalıb.
Bununla yanaşı, bankın ümidsiz kreditlərinin həcmində artım qeydə alınıb. 30 iyun 2025-ci ildə 9 milyon 799,13 min manat olan ümidsiz kreditlər 30 iyun 2026-cı ildə 27 ilyon 044,97 min manata yüksəlib. Bu isə illik müqayisədə 17 milyon 245,84 min manat artım deməkdir. (Valyuta.az)


