2 iyul – Xidmətləri ilə qürur duyduğumuz Azərbaycan polisi

2 iyul – Xidmətləri ilə qürur duyduğumuz Azərbaycan polisi

2 İyul – Azərbaycan Polisi Günü

Bu gün ölkəmizdə ictimai asayişin qorunması, qanunun aliliyinin təmin edilməsi, vətəndaşların təhlükəsizliyinin keşiyində ayıq-sayıq dayanan Azərbaycan polisinin peşə bayramıdır.

Azərbaycan Polisi öz şərəfli fəaliyyəti ilə dövlətçiliyimizin möhkəmləndirilməsinə, hüquq qaydasının qorunmasına və cəmiyyətimizin təhlükəsizliyinin təmin edilməsinə mühüm töhfələr verir. Xidməti vəzifələrini böyük məsuliyyət, fədakarlıq və peşəkarlıqla yerinə yetirən polis əməkdaşlarının əməyi yüksək qiymətə layiqdir.

2 İyul – Polis Günü münasibətilə bütün polis əməkdaşlarını və bu şərəfli peşənin veteranlarını səmimi-qəlbdən təbrik edir, onlara möhkəm cansağlığı, ailə səadəti, xidməti fəaliyyətlərində uğurlar və daim təhlükəsiz xidmət arzulayırıq.

Polis Günü mübarək!

Aslan ABBASZADƏ
FaktorNews xəbər portalının təsisçisi və Baş Redaktoru