“Fərq Yaradan Gənc Müəllim 2022” 

“Fərq Yaradan Gənc Müəllim 2022” 

Azərbaycan Gənc Müəllimlər Assosiasiyası tərəfindən keçirilən ümumtəhsil məktəblərində işləyən, yaşı 35-ə qədər olan müəllimlər üçün “Fərq yaradan gənc müəllim 2022” müsabiqəsini elan edir.

Layihə Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən elan edilmiş “2021/2022-ci illərdə təhsilin inkişafı üzrə ictimai təşəbbüslərin dəstəklənməsi” qrant müsabiqəsinin qalibi olmuş “Gənc müəllimlərin inkişaf porqramı” layihəsi çərçivəsində icra olunur.

Layihənin məqsədi kreativ düşüncəli, müasir və pedaqoji-psixoloji hazırlıqlı, fərq yaradan gənc müəllimlərin aşkara çıxarılmasıdır. Fərq yaratmaq üçün gənc müəllimlər öyrənmədə əlverişli sosial mühit yaratmağı bacarmalı və şagirdlər bu mühitdə öyrənmə təcrübəsinə açıq olmalıdırlar.

Müsabiqə 4 mərhələdən ibarətdir.

Birinci mərhələ 

Bu mərhələdə Rayon Təhsil Sektorları tərtib olunmuş meyarlara əsasən 5 müəllim namizədini təşkilat komitəsinə 15.04.2022- ci il tarixinə kimi təqdim edir. Seçilmiş 5 müəllim ikinci mərhələdə iştirak etmək hüququ qazanır.

Birinci mərhələnin kriteriyaları aşağıdakılardır. 

 Tədris təcrübəsi ilə fərqlənməli
 Şagirdlərinin nəticələrinin yaxşı olması
 Yaşı 35-dən aşağı olması (1987-ci il daxil olmaqla)
 Fərqli tədris metodlarından istifadə etməsi
 İkinci mərhələdə video çəkib göndərməyi qəbul edən

İştirak etmək istəyən gənc müəllimlər yerli təhsili idarəetmə orqanlarına müraciət edə bilərlər.

BusinessTime