2026-cı ilin ən yaxşı 5 böyük ekranlı telefonu
Nüfuzlu “Tom's Guide” nəşri böyük ekranlı ən yaxşı smartfonların reytinqini yeniləyib.
Valyuta.az xəbər verir ki, siyahıya ekran diaqonalı təxminən 6,7 düym və daha böyük olan modellər daxil edilib. Bu cür cihazlar video izləmək, oyun oynamaq və sənədlərlə işləmək üçün daha uyğundur.
Reytinqin lideri “Samsung S25 Ultra” olub. Ekspertlər onun universallığını xüsusi vurğulayırlar: cihaz böyük və parlaq 6,9 düymlük displeyi, flaqman səviyyəli məhsuldarlığı və inkişaf etmiş kameraları birləşdirir. Qacet həmçinin “S Pen” stilusunu dəstəkləyir ki, bu da onu qeydlər və yaradıcılıq üçün rahat edir.
Böyük ekranlı ən yaxşı “iPhone” kimi “iPhone 17 Pro Max” seçilib. Bu model güclü prosessoru, bütün modulları 48 MP olan keyfiyyətli arxa kamerası və uzunmüddətli avtonom işləmə qabiliyyəti ilə fərqlənir. Cihaz maksimal ekran ölçüsünə ehtiyac duyan “Apple” ekosistemi istifadəçilərinə yönəlib.
“Ən yaxşı qiymət” kateqoriyasında qalib “OnePlus 15” olub. Smartfon güclü prosessor, 165 Hz yenilənmə tezliyinə malik böyük ekran və öz sinfində ən yaxşı sürətli şarj texnologiyalarından biri ilə təchiz edilib.
Böyük smartfonlar arasında ən yaxşı kamerafon kimi “Google Pixel 10 Pro XL” tanınıb. Model süni intellekt əsasında inkişaf etmiş fotoemal alqoritmlərinə üstünlük verir və “DxOMark” laboratoriyasının versiyasına görə ən yaxşı LTPO OLED ekranla təchiz olunub.
Ayrıca olaraq ekspertlər “Samsung Galaxy Z Fold 7” modelini qeyd ediblər. O, geniş iş sahəsinə malik ən yaxşı qatlanan smartfon hesab olunur və planşeti əvəz edə bilir.

