ADSEA İvanovkada əkin sahələrinin su təminatına 7,5 milyon manat xərcləyəcək
İsmayıllı rayonunun İvanovka kəndində 1 250 hektar əkin sahəsinin suvarma suyu ilə təminatının yaxşılaşdırılması istiqamətində işlər görüləcək.
Oxu.Az-ın məlumatına görə, bununla bağlı Azərbaycan Dövlət Su Ehtiyatları Agentliyinin tabeliyindəki "Tikilməkdə Olan Obyektlərin Müdiriyyəti" publik hüquqi şəxsinin elan etdiyi tender başa çatıb, qalib "İsmayıllı Tikinti-27" ASC elan olunub.
İvanovkada həmin işlərin görülməsinə 7 milyon 570 min 367 manat sərf olunacaq.

