Agentliyin iki əməkdaşı işdən çıxdı, biri nazirlikdə yeni vəzifəyə təyin olundu

Agentliyin iki əməkdaşı işdən çıxdı,

Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) Dövlət Məşğulluq Agentliyinin (DMA) Maliyyə departamentinin müdiri vəzifəsindən azad olunub.

Bununla əlaqədar agentliyin sədri Hasil Abbasov müvafiq əmr imzalayıb.

Əmrə əsasən, Şəms Qasımzadə agentliyin Maliyyə departamentinin müdiri vəzifəsindən azad edilib.

Eyni zamanda, İnzibati departamentin Satınalma şöbəsinin müdiri Elvin Məlikli vəzifəsindən azad olunub.

Məlumata əsasən, Elvin Məlikli Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (ƏƏSMN) İqtisadiyyat şöbəsinin müdir müavini vəzifəsinə təyin edilib.

İqtisadiyyat.az