“Alibaba” yeni süni intellekt modeli Qwen3.8-Max-ı təqdim edib

“Alibaba” yeni süni intellekt modeli Qwen3.8-Max-ı təqdim edib

Çinin texnologiya nəhəngi “Alibaba” yeni nəsil genişmiqyaslı dil modeli Qwen3.8-Max-ı təqdim edib.

Şirkətin məlumatına görə, yeni model şifrləmə, real dünya performansı və elmi-tədqiqat imkanları baxımından əhəmiyyətli dərəcədə təkmilləşdirilib.

Qwen3.8-Max modelinin ümumi parametr sayı 2,4 trilyon təşkil edir və 1 milyon tokenədək kontekst pəncərəsini dəstəkləyir.

Yeni model “Alibaba”nın Qwen süni intellekt seriyasının növbəti mərhələsi hesab olunur.