"Apple" iPhone üçün təhlükəsizlik yeniləməsi olan iOS 27.2.1-i yayımlayıb
"Apple" iPhone üçün xəta düzəlişləri və təhlükəsizlik yeniləmələri olan iOS 27.2.1-i istifadəyə verib. iPadOS 27.2.1 də eyni gün yayımlanıb.
"Apple" iPhone istifadəçiləri üçün xəta düzəlişləri və təhlükəsizlik yeniləmələri olan iOS 27.2.1 versiyasını yayımlayıb. Bu barədə BusinessTime "Shiftdelete.net"ə istinadən xəbər verir.
Şirkətin rəsmi qeydlərində yeniləmənin hansı təhlükəsizlik boşluqlarını aradan qaldırdığı açıqlanmayıb. Bu məlumatların daha sonra "Apple"ın dəstək səhifəsində yerləşdirilməsi gözlənilir. Versiya qeydlərində yeni funksiyalar barədə məlumat da yer almır.
"Apple" eyni gün iPad üçün oxşar düzəlişləri əhatə edən iPadOS 27.2.1-i də istifadəyə verib. iPhone istifadəçiləri yeniləməni cihazın ayarlar bölməsindəki proqram təminatı yeniləməsi menyusundan quraşdıra bilərlər.
Bundan əvvəl iOS 27.2 oktyabrın sonunda yeni funksiyalarla təqdim edilmişdi. Hazırda beta mərhələsində olan iOS 27.3-də isə Siri üçün süni intellekt təkmilləşdirmələri və "Apple Music"də yeni funksiyalar gözlənilir. Yeniliklərin yekun siyahısı hələ dəqiqləşməyib.


