Ukrayna Azərbaycana qaz anbarları və boru kəmərlərindən istifadə təklif edib
Ukrayna Ujqorodda keçirilən enerji danışıqlarında Azərbaycana qaz anbarları və boru kəmərlərindən istifadə təklif edib. Tərəflər fəaliyyət planı imzalayıblar.
Ukrayna noyabrın 5-də Ujqorodda keçirilən enerji danışıqlarında Azərbaycana qaz anbarları və boru kəmərlərindən istifadə təklif edib. Bu barədə BusinessTime "The Kyiv Independent"ə istinadən xəbər verir.
Danışıqlar zamanı tərəflər fəaliyyət planı da imzalayıblar.


