Tesla gələn il Cybertruck istehsalını azaltmağa başlayacaq

İlon Mask Cybercab üçün yer açmaq məqsədilə Cybertruck istehsalının azaldılacağını bildirib. Şirkət indiyədək ümumilikdə 70 min Cybertruck satıb.

Tesla gələn il Cybertruck istehsalını azaltmağa başlayacaq
Foto: The Verge

"Tesla" gələn il Cybercab istehsalı üçün yer açmaq məqsədilə Cybertruck elektrik pikapının istehsalını azaltmağa başlayacaq. Bu barədə BusinessTime "The Verge"ə istinadən xəbər verir.

Şirkətin rəhbəri İlon Mask qərarı cümə günü sosial şəbəkədə açıqlayıb. Onun sözlərinə görə, Cybertruck istehsalının azaldılması Cybercab üçün yer ayrılmasına imkan verəcək.

"The Verge"in məlumatına əsasən, "Tesla" əvvəllər Cybertruck üzrə illik istehsal və tələbatın 250 min ədədə çatacağını hədəfləyirdi. Lakin modelin satışa çıxarılmasından indiyədək ümumilikdə 70 min ədəd satılıb.

Nəşr yazır ki, Maskın digər şirkəti "SpaceX" satılmamış avtomobillərin alınması nəticəsində Cybertruck-ın ən böyük fərdi alıcılarından birinə çevrilib. Model 2024-cü ilin əvvəlində premium elektrik pikapları arasında ən çox satılanlardan biri olsa da, sonradan satışları zəifləyib.

Mask 2019-cu ildə şirkətin maliyyə nəticələrinə dair müzakirə zamanı Cybertruck-ı "Tesla"nın indiyədək hazırladığı ən yaxşı məhsul adlandırmışdı. O, həmin vaxt bu qiymətləndirməsində yanılmış ola biləcəyini də qeyd etmişdi.