Apple üçüncü maliyyə rübündə mənfəətini 27 faiz artırıb
Apple Inc. 2026-cı maliyyə ilinin üçüncü rübündə xalis mənfəətini 27 faiz, gəlirlərini isə 16 faiz artırıb.
Şirkətin xalis mənfəəti ötən ilin eyni dövründəki 23,43 milyard dollardan 29,79 milyard dollara yüksəlib. Səhm üzrə mənfəət isə 1,57 dollardan 2,02 dollara çatıb.
Bununla yanaşı, Apple-ın açıqladığı cari rüb üzrə proqnoz satış artım tempinin zəifləyəcəyini göstərir. Şirkət bunu əsasən təchizat zəncirində yaranan problemlərlə əlaqələndirib.
Qeyd olunub ki, səhm üzrə mənfəət və gəlirlər üçüncü maliyyə rübü üzrə rekord göstəricilər olsa da, nəticələr bazar gözləntilərini tam doğrultmayıb.


