"Aqrarkredit" əmlaklarını hərraca çıxarır - QİYMƏTLƏR

"Aqrarkredit" əmlaklarını hərraca çıxarır

Noyabrın 28-də saat 11:00-da "Aqrarkredit" QSC Bank Olmayan Kredit Təşkilatının balansında olan əmlaklar açıq hərraca çıxarılacaq.

Hərrac Əmlak Xidmətləri Məkanında - Bakı şəhəri, Nizami rayonu, Xəlil Rza Ulutürk küçəsi, 20 ünvanında keçiriləcək.

Satışa çıxarılan əmlaklara Bakı şəhəri, Nərimanov rayonu, Əliyar Əliyev küçəsində yerləşən 367.6 kvadratmetrlik qeyri-yaşayış sahəsi daxildir. Bu əmlakın start qiyməti 845 480 manat, beh məbləği isə 42 274 manat müəyyən olunub.

Şəki rayonunun Daşüz kəndində yerləşən 500 hektarlıq torpaq sahəsinin icarə hüququ da hərracda təklif olunacaq. Bu əmlakın start qiyməti 692 000 manat, beh məbləği isə 34 600 manatdır.

Hərracda iştirak etmək istəyənlər sənədlərini hərracın başlanmasına ən geci üç bank günü qalanadək Əmlak Məsələləri Dövlət Xidmətinin Əmlak Xidmətləri Məkanına təqdim etməlidirlər. Tələb olunan sənədlərə hüquqi şəxslər üçün təsis sənədlərinin notarial qaydada təsdiqlənmiş surətləri, fiziki şəxslər üçün şəxsiyyət vəsiqəsinin surəti, nümayəndə ilə iştirak halında isə etibarnamə və behin köçürülməsini təsdiq edən ödəmə sənədi daxildir.///Valyuta.az