"Araz" marketdə vaxtı keçən məhsullar satılır: Mağaza müdiri çəkilişi görüb hay-küy saldı - VİDEO

"Araz" marketdə vaxtı keçən məhsullar satılır:

Bakıda tanınmış mağazalar şəbəkəsindən olan "Araz" marketin Əlövsət Quliyev küçəsində yerləşən filialında vaxtı keçmiş hazır yemək satılır.

"BusinessTime" xəbər verir ki, hazır qablaşdırmada olan yeməyin 5 gün etibarlılıq müddəti olduğu halda hələ də vitrində saxlanılır.

Məsələ ilə bağlı mağaza müdiri köhnə məhsulu qaytararaq müştəriyə sərt reaksiya verib.

Sözügedən hadisə ilə bağlı AQTA-nın mətbuat katibi İlkin Kərimov bildirib ki, hadisə nəzarətə götürülüb və hazırda araşdırmalar davam edir.