“Arzulara qanad verək” adlı qanvermə aksiyasına siz də qoşulun!

“Arzulara qanad verək” adlı qanvermə aksiyasına siz də qoşulun!

17 aprel 2026-cı il tarixində “Ümumdünya Hemofiliya Günü” ilə əlaqədar “Arzulara qanad verək” adlı qanvermə aksiyası keçiriləcək. 

Aksiya talassemiya, hemofiliya və leykoz xəstəliklərindən əziyyət çəkən insanlar üçün qan ehtiyatının artırılmasına dəstək məqsədi daşıyır.

Səhiyyə Nazirliyi Respublika Qan Bankı və Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi hər kəsi bu nəcib təşəbbüsə qoşularaq ehtiyacı olanlara ümid olmağa dəvət edir.

Aksiyada iştirak etmək istəyən şəxslər şəxsiyyət vəsiqəsi ilə Respublika Qan Bankına yaxınlaşa bilərlər: 

Ünvan: Nəsimi rayonu, Feyzulla Qasımzadə 65.

Vaxt: 10:00 – 19:00

Sağlamlığı imkan verən şəxslər həkim müayinəsindən keçdikdən sonra qan verə bilərlər.

Bir damla qan – bir həyat deməkdir!