“ASAN xidmət” işçilərinin geyiminə 1,3 milyon xərclənəcək

“ASAN xidmət” işçilərinin geyiminə 1,3 milyon xərclənəcək

Azərbaycan Respublikasının Prezidenti yanında Vətəndaşlara Xidmət və Sosial İnnovasiyalar üzrə Dövlət Agentliyi “ASAN xidmət” mərkəzlərinin əməkdaşları üçün geyim alacaq.

BusinessTime xəbər verir ki, qurum işin icrası üçün “Dress Uniform” MMC ilə müqavilə imzalayıb.

Müqaviləyə görə, şirkətə 1 milyon 297 min 760 manat ödəniş ediləcək.

Xatırladaq ki, nizamnamə kapitalı 20 manat olan “Dress Uniform” MMC-nin qanuni təmsilçisi Rövşən Nəsir Akif oğludur.