ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub

ASAN Xidmətin Xorvatiyada tətbiqi müzakirə olunub
Xorvatiyanın Zaqreb şəhərində Azərbaycan Respublikası Hökuməti və Xorvatiya Respublikası Hökuməti arasında iqtisadi əməkdaşlığın təşviqi üzrə Birgə Komissiyanın 4-cü iclası keçirilib. Nümayəndə heyətinə mədəniyyət naziri Adil Kərimli rəhbərlik edib.
İclasın yekunlarına dair imzalanmış Protokola dövlət idarəetməsi və dövlət xidmətlərinin göstərilməsi sahəsində əməkdaşlığa dair müddəalar daxil edilib. Həmin müddəalara əsasən Azərbaycanın “ASAN xidmət” təcrübəsinin Xorvatiya tərəfi ilə bölüşülməsi, eləcə də dövlət sektorunun müasirləşdirilməsi istiqamətində Dövlət Agentliyi ilə Xorvatiyanın aidiyyəti dövlət qurumu arasında təcrübə mübadiləsi nəzərdə tutulur.
Səfər çərçivəsində Dövlət Agentliyinin nümayəndəsi ilə Xorvatiyanın aidiyyəti dövlət qurumunun nümayəndələri arasında görüş keçirilib.
Qarşı tərəfə “ASAN xidmət” mərkəzləri, burada tətbiq olunan innovativ həllər və dövlət xidmətlərinin göstərilməsi sahəsində əldə edilmiş nəticələr barədə daha ətraflı məlumat verilib.