Aslan Abbaszadə “İlin uğurlu sahibkarı" mükafatına layiq görülüb
Tanınmış iş adamı, “Aqat-Silver” mağazalar şəbəkəsinin rəhbəri Aslan Abbaszadə “İlin uğurlu sahibkar" milli mükafatına layiq görülüb.
Məlumat üçün bildirək ki, Nizami Kino Mərkəzində “Biznes Mərkəzi Klubu”nun təşkilatçılığı ilə ilin ən nüfuzlu biznes tədbirlərindən biri — “İlin Qala Gecəsi” keçirilib.
Tədbirdə 300-dən artıq sahibkar, yerli və xarici şirkət rəhbərləri, dövlət qurumlarının nümayəndələri, investorlar və media təmsilçiləri iştirak ediblər.
Tədbir çərçivəsində tanınmış iş adamları, HR, media, startaplar “Biznes Mərkəzi Klubu” tərəfindən təltif ediliblər.

