“Atlant”ın rəhbəri vəfat etdi
Nabranda yerləşən “Atlant” Ailəvi İstirahət Mərkəzinin rəhbəri Tahir Qədəşov vəfat edib.
Yaxınlarının verdiyi məlumata görə, o, ürək çatışmazlığından dünyasını dəyişib.
Tahir Qədəşovun nəşi bu gün Bakıdan Qubaya gətiriləcək və mərhum ata yurdu İsnov kəndində dəfn olunacaq.
Qafqazinfo


