AZAL-n kommunikasiya şöbəsinə yeni rəhbər təyin olundu

AZCON Holding şirkətlərindən olan "Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) daxili və xarici kommunikasiyalar şöbəsinə yeni rəhbər təyin edilib.

Bu vəzifə Aynurə Səmədovaya həvalə olunub.

A.Səmədova bu vəzifədə Fərid Hüseynovu əvəzləyib.

F.Hüseynovun isə AZAL-da başqa vəzifəyə təyin olunduğu bildirilir.

Qeyd edək ki, A.Səmədova bundan əvvəl "PAŞA Həyat" sığorta şirkətində korporativ kommunikasiyalar üzrə baş mütəxəssis vəzifəsində çalışıb. (Plat.az)