Azera Holdinqin Tələbə Təcrübə Proqramı başladı - FOTOLAR
Azera Holdinqdə tələbələrin peşəkar bacarıqlarını inkişaf etdirmək, onları real iş proseslərinə hazırlamaq və gələcək karyera imkanlarını genişləndirmək məqsədilə Tələbə Təcrübə Proqramı fəaliyyətə başlayıb.
Proqram çərçivəsində müxtəlif ali təhsil müəssisələrinin rəsmi nümayəndələri və tələbə heyəti ilə görüş keçirilib.
Təcrübə proqramında Bakı Dövlət Universiteti, Azərbaycan Dövlət İqtisad Universiteti və Bakı Biznes Universitetinin tələbələri Azera Holdinqin müxtəlif departamentlərinin və şirkətlərinin fəaliyyət istiqamətləri, korporativ dəyərləri və iş prinsipləri ilə yaxından tanış olacaqlar. Ən layiqli məzunlar Azera Holdinqdə əmək fəaliyyətinə başlamaq imkanı əldə edəcəklər.



