Azərbaycan qarğıdalı idxalına nə qədər xərc çəkib?

Azərbaycan qarğıdalı idxalına nə qədər xərc çəkib?

Azərbaycan bu ilin yanvar-avqust aylarında 14,6 milyon dollar dəyərində 31,8 min ton qarğıdalı idxal edib.

BusinessTime-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu, illik müqayisədə dəyər baxımından 4% çoxdur.

Hesabat dövründə qarğıdalı idxalı Azərbaycanın ümumi idxalının 0,13%-ni təşkil edib.