Azərbaycana gətirilən ətin tonu 360 dollar bahalaşıb

Azərbaycana gətirilən ətin tonu 360 dollar bahalaşıb

Bu ilin yanvar-aprel aylarında Azərbaycana 37 milyon 297,34 min ABŞ dolları dəyərində 15 min 530,78 ton ət idxal olunub.

Ötən ilin eyni dövründə isə ölkəyə 34 milyon 013,66 min ABŞ dolları dəyərində 16 min 662,07 ton ət idxal edilib.

Valyuta.az xəbər verir ki, illik müqayisədə ət idxalının dəyəri 3 milyon 283,68 min ABŞ dolları və ya 9,7% artıb. Buna baxmayaraq, idxalın həcmi 1 131,29 ton və ya 6,8% azalıb.

Hesabat dövründə idxal olunan ətin orta qiyməti hər ton üzrə 2 401,4 ABŞ dolları təşkil edib. Ötən ilin eyni dövründə bu göstərici 2 041,3 ABŞ dolları olub.

Beləliklə, ətin orta idxal qiyməti illik müqayisədə 360,1 ABŞ dolları və ya 17,6% artıb.