Azərbaycanda ən çox maaşı bu şəxslər alır - MƏBLƏĞLƏR

Azərbaycanda ən çox maaşı bu şəxslər alır

Azərbaycanda ən çox əməkhaqqı verilən sahələr açıqlanıb.

İqtisadiyyat.az Dövlət Statistika Komitəsinə istinadən xəbər verir ki, ötən ilin yanvar-noyabr aylarında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı 2024-cü ilin müvafiq dövrünə nisbətən 9,3 faiz artaraq 1089,2 manat təşkil edib.

Əməkhaqqı neft-qaz sektorunda 3869 manat, qeyri neft-qaz sektorunda 1037,9 manat təşkil edib. Dövlət müəssisələrində çalışan işçilərin əməkhaqları 1066,2 manat, özəl müəssisələrdə isə 1111,7 manat olub.

Ən yüksək əməkhaqqı mədənçıxarma sənayesində qeyri-dövlət sektorunda qeydə alınıb - ayda 4 277,7 manat, ən aşağı əməkhaqqı isə qeyri-dövlət sektorunda sosial təminat sahəsində qeydə alınıb - ayda 630,9

manat.

Bu dövrdə mədənçıxarma sənayesində, maliyyə və sığorta fəaliyyəti, informasiya və rabitə, peşə, elmi və texniki fəaliyyət, eləcə də nəqliyyat və anbar təsərrüfatı sahələrində orta aylıq nominal əməkhaqqı ölkə üzrə orta göstəricidən yüksək olub.