Azərbaycanda informasiya-rabitə xidmətlərinin ümumi dəyəri 10 faizdən çox artıb
Bu ilin yanvar-may aylarında Azərbaycanda informasiya və rabitə (İKT) müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 1 milyard 628,1 milyon manat təşkil edib.
BusinessTime Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyinin məlumatına istinadla xəbər verir ki, bu, ötən ilin eyni dövrü ilə müqayisədə 10,1 faiz çoxdur.
Təkcə may ayında isə informasiya və rabitə müəssisələrinin göstərdiyi xidmətlərin dəyəri 356,9 milyon manat olub ki, bu da 1 il əvvələ nisbətən 21,2 faiz çoxdur.


