Balakəndə sahibkarların müraciətləri dinləniləcək

Balakəndə sahibkarların müraciətləri dinləniləcək

İyunun 30-da Balakən rayonunda Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin (KOBİA) İdarə Heyəti sədrinin müavini Emil Hüseynli Balakən, Zaqatala və Qax rayonlarından olan sahibkarları qəbul edəcək.

KOBİA-dan bildirilib ki, qəbul saat 11:00-dan etibarən Balakən Gənclər Evində (Ünvan: Balakən şəhəri, Heydər Əliyev prospekti, 143.) keçiriləcək.

Sahibkarlıq fəaliyyəti ilə bağlı məsələlər üzrə qəbula gəlmək istəyən vətəndaşlar KOBİA-ya müraciət etməklə qəbula yazıla bilərlər (Tel.: 055 225 18 45, e-mail: [email protected], Rafiq Şabanov, KOB dostu).