Azərbaycanda tikinti şirkəti müflis elan edilir
Yeni Yasamalda yerləşən “Pərvin İnşaat” MTK müflis elan edilir.
İqtisadiyyat.az xəbər verir ki, Bakı Kommersiya Məhkəməsində ərizəçi (borclu) MTK-nın müflis elan edilməsi barədə ərizəsinə dair e-2-2 (113)-2551/2025 №-li iş üzrə məhkəmənin hazırlıq iclası keçiriləcək.
Aprelin 8-i, saat 16:00-a təyin olunan iclasa hakim Kənan Hüseynov sədrlik edəcək.
Qeyd edək ki, “Pərvin İnşaat” MTK 2004-cü ildə yaradılıb, qanuni təmsilçisi Şəmməd Hüseynovdur.

