Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Azərbaycanda vergi ödəyicilərinin sayı 5 % artıb

Bu il mayın 1-nə Azərbaycanda 1 705 276 vergi ödəyicisi olub.

BusinessTime bu barədə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinə istinadən xəbər verir.

Məlumata görə, bu, ötən il mayın 1-i ilə müqayisədə 5,1 % çoxdur.

Vergi ödəyicilərinin 86,8 %-i fiziki şəxslər, 13,2 %-i hüquqi şəxslər və digər təşkilatlardır. Son 1 ildə fərdi sahibkarların sayı 5 %, idarə, müəssisə və təşkilatların sayı isə 6,1 % artıb.

Bu il aprelin sonuna qeydiyyatda olan kommersiya qurumlarının sayı isə 1 il əvvələ nisbətən 6,7 % çox – 208 315 vahid təşkil edib.

Apreldə 1 341 vahid kommersiya qurumu dövlət qeydiyyatından keçib ki, onların 91,7 %-i yerli investisiyalı, 8,3 %-i xarici investisiyalıdır. Kommersiya qurumlarının 88,8 %-i elektron qaydada qeydiyyata alınıb. Yerli investisiyalı məhdud məsuliyyətli cəmiyyətlərin (MMC) elektron qeydiyyatının xüsusi çəkisi 97,2 % təşkil edib.

Dövlət qeydiyyatında olan kommersiya hüquqi şəxslərin 92,2 %-i MMC formasında yaradılıb.