Azərbaycanın Ukrayna ilə ticarəti 174 milyon dollara çatır

Azərbaycanın Ukrayna ilə ticarəti 174 milyon dollara çatır

Bu ilin yanvar-aprel aylarında Azərbaycanın Ukrayna ilə ticarət dövriyyəsi 173,7 milyon dollara çatıb.

İqtisadiyyat.az-ın Dövlət Gömrük Komitəsindən əldə etdiyi məlumata görə, bu göstərici illik müqayisədə 9,7% çoxdur.

Hesabat dövründə ölkədən Ukraynaya ixrac 80,6 milyon dollar təşkil edib. Azərbaycanın bu ölkədən idxalının dəyəri isə 93,1 milyon dollar olub.