Azərbaycanlı bankirə yeni vəzifə verildi
“Profex Group” şirkətində marketinq direktoru vəzifəsinə təyinat olub.
Valyuta.az xəbər verir ki, bu vəzifə Əli Daşdəmirova həvalə olunub.
“Profex Group” 20 ildən artıqdır beynəlxalq sərgilər və tərəfdaşlıqlar vasitəsilə müxtəlif bazarlar arasında işgüzar əlaqələrin qurulması istiqamətində fəaliyyət göstərir. Şirkət Yaxın Şərq, Asiya və Afrika regionlarında biznes subyektlərinin bazarlara çıxış imkanları ilə bağlı xidmətlər təqdim edir.
Şirkət eyni zamanda Rusiya və MDB ölkələri üzrə beynəlxalq sərgilərin nümayəndəsi kimi çıxış edir və bu istiqamətdə şirkətlərə bazar məlumatları və yerli təcrübə əsasında dəstək verir.
Əli Daşdəmirov 2019-cu ilin iyul ayından Azərbaycan Banklar Assosiasiyasında Marketinq və PR üzrə Ekspert Qrupunun rəhbəri vəzifəsində fəaliyyət göstərir.
O, daha əvvəl “Bank Respublika”da 2013-2025-ci illərdə bankın Marketinq departamentinə rəhbərlik edib.
Ə.Daşdəmirov 2007-2011-ci illərdə Azərbaycan Dillər Universitetində təhsil alıb.
O, alman, ingilis və rus dillərini bilir.


